Ronaldo yeni rekorda imza atdı

saytların hazırlanması

Evə çatdırılma

Ronaldo yeni rekorda imza atdı

İdman

10 Yanvar 2025 11:37 514


Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo daha bir rekorda imza atıb.

Yenisabah.az xəbər verir ki, onun rekordu ölkə çempionatının 14-cü turunda “Əl-Ohdud"la oyunda qeydə alınıb.

“Əl-Nəsr”in 3:1 hesabı ilə qalib gəldiyi oyunda komandanın qollarını Sadio Mane (2) və Kriştiano Ronaldo vurub. Portuqaliyalı hücumçu görüşdə fərqlənməklə unikal göstəriciyə imza atıb. Dominos pizza

Ronaldo karyerasında 24 futbol təqvimi ilinin hər birində qol vuran ilk oyunçu adını qazanıb. Bu həm də 39 yaşlı hücumçunun 2025-ci ildə ilk qolu olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!