İspaniya yığmasının və “Real” (Madrid) klubunun futbolçusu Serxio Ramos cəzalandırılıb.
“Yeni Sabah” xəbər verir ki, 2012-14-cü illərdə vergidən yayınmasına görə, müdafiəçi 1 milyon avro məbləğində cərimə olunub. 33 yaşlı futbolçu qanunları pozmadığını iddia etdiyi üçün qərarı apleyasiyaya şikayət edəcək.
“Atletiko”nun futbolçusu Dieqo Kosta da eyni səbəbdən cərimələnib. Futbolçu 2 milyon avro ödəməli olacaq. Dördpendirli pizza
Qeyd edək ki, Ronaldo, Messi kimi ulduz futbolçular da İspaniyada vergiyə “ilişmişdi”. Hətta Ronaldonun bu səbəbdən küsərək İspaniyadan getdiyi də deyilir.
Telegram kanalımız