“Ronaldonun Messidən güclü olduğunu deyənlərin futboldan anlayışı yoxdur”

saytların hazırlanması

Evə çatdırılma

“Ronaldonun Messidən güclü olduğunu deyənlərin futboldan anlayışı yoxdur”

İdman

18 İyun 2022 10:48 1971


Niderland millisinin sabiq hücumçusu Marko van Basten Lionel Messi (PSJ) və Kriştiano Ronaldo ("Mançester Yunayted") haqda fikirlərini bildirib. 

Yenisabah.az xəbər verir ki, o, iki oyunçunun müqayisə edərkən deyib: "Kriştiano Ronaldo böyük oyunçudur. Lakin onun Messidən üstün olduğunu söyləyənlərin  futboldan anlayışı yoxdur və ya bunu pis niyyətlə deyirlər. Messi unikaldır. Onu təqlid və təkrar etmək olmaz. Messi kimi futbolçu 50-100 ildən bir meydana çıxır. Uşaq ikən o, futbol dahisinin qazanına düşüb”.

Xatırladaq ki, bundan əvvəl van Basten öz versiyasına əsasən Ronaldo və Messini bütün zamanların ən yaxşı üç futbolçusu sırasına daxil etməmişdi. O, Pele, Dieqo Maradona və Yohan Kroyffu fərqləndirmişdi. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!