Ronaldonun qarşısını mafiya kəsib? – Anasından sensasion açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Ronaldonun qarşısını mafiya kəsib? – Anasından sensasion açıqlama

İdman

02 Noyabr 2019 10:09 1082


"Yuventus" (İtaliya) klubunun futbolçusu Kriştianu Ronaldonun anası Doloreş Aveyru sensasion açıqlaması ilə gündəmə gəlib. 

“Yeni Sabah” xəbər verir ki, "SIC Noticias"a danışan D. Aveyru bildirib ki, Ronaldo ispaniyalı və ya ingiltərəli olsaydı, “Qızıl top”a daha çox sahib olardı:

"Futbol mafiyası olmasaydı, oğlumun daha çox "Qızıl top"u olardı. Bu, oğlumun portuqaliyalı olması səbəbindən baş verir. Kriştianunun bu il "Qızıl top" alıb-almayacağını bilmirəm. Amma buna inanıram".  pizza hut

Qeyd edək ki, 34 yaşlı hücumçu indiyədək 5 dəfə "Qızıl top”un sahibi olub. Bu mükafatı eyni sayda "Barselona"dan (İspaniya) Lionel Messi də qazanıb. Son dəfə - 2018-ci ildə bu mükafatı "Real”ın (Madrid) yarımmüdafiəçisi Luka Modriç əldə edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!