Ronaldoya görə işsiz qala bilər

saytların hazırlanması

Evə çatdırılma

Ronaldoya görə işsiz qala bilər

İdman

29 Mart 2025 13:32 316


“Əl-Nəsr” klubunun baş məşqçisi Stefano Pioli Səudiyyə klubundan ayrıla bilər.

Yenisabah.az xəbər verir ki, 59 yaşlı mütəxəssis komandanın bəzi futbolçuları, xüsusən, Kriştiano Ronaldo ilə yola getmir. Bundan əlavə, 25 turdan sonra “Əl-Nəsr” 51 xalla turnir cədvəlində üçüncü yerdə qərarlaşıb və bu, rəhbərliyi qane etmir.

Pioli İtaliyaya qayıda bilər. O, mövsümün sonunda Klaudio Ranyeri ilə yollarını ayıracaq “Roma”nın baş məşqçsi vəzifəsinə əsas namizədlərdən hesab olunur. Pepperoni pizza

Stefano Pioli 2024-cü ilin payızından etibarən “Əl-Nəsr”i çalışdırır. O, daha əvvəl “Milan”, “Fiorentina”, “İnter”, “Latsio”, “Bolonya”, “Palermo” və digər klublarda da baş məşqçi kimi fəaliyyət göstərib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!