Rövnəq Abdullayevdən əmr: Maaşlar artırıldı

saytların hazırlanması

Evə çatdırılma

Rövnəq Abdullayevdən əmr: Maaşlar artırıldı

İqtisadiyyat

02 Sentyabr 2019 15:16 2826


Sentyabrın 1-dən SOCAR və qurumun tabeliyində işləyən bütün işçilərin tarif (vəzifə) maaşları artırılır. 

“Yeni Sabah” Modern.az-a istinadən xəbər verir ki, SOCAR və Azərbaycan Neft və Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) birgə qərarına əsasən, bu haqda əmr-qərar verilib.

SOCAR prezidenti Rövnəq Abdullayevin imzaladığı Əmr-qərarda deyilir: pizza sifarişi

•  1 sentyabr 2019-cu ildən SOCAR-da çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları 20 faiz artırılsın.

•  ”Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işçilərin əməliyinin ödənilməsi haqqında Əsasnamə”yə 1, 2, 3, 4, 6, 7, 7b, 8, 9, 10, 11, 12, 13, 14, 16, 18, 59a,65-1 və 65-2 nömrəli əlavələr yeni redaksiyada təsdiq edilsin.

•  Əmr-qərarın icrasına nəzarət SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımova və ANQSİHİRK-nın sədr müavini F. Mustafayevə həvalə edilsin.

SOCAR-dan faktı təsdiqləyiblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!