Röya Ayxandan Ayaz Salayevə sərt CAVAB - “Rəhmətliklər təzədən diriliblər”

saytların hazırlanması

Evə çatdırılma

Röya Ayxandan Ayaz Salayevə sərt CAVAB - “Rəhmətliklər təzədən diriliblər”

Şou

24 May 2025 19:00 505


Ötən gün "Azərbaycanfilm" kinostudiyasının baş redaktoru Ayaz Salayev Xalq artisti Röya Ayxanın Kann Film Festivalına qatılması ilə bağlı məsələyə münasibət bildirib.

Oxu.Az-ın məlumatına görə, o qeyd edib ki, hər kəs bu festivalda iştirak edə bilər:

"Mən ora yüz dəfə getmişəm, amma heç ağlıma da gəlməzdi ki, həmin yerdən keçərkən bunu çəkib sosial şəbəkələrdə paylaşım. Bizdə ictimai savadsızlıq çox yayılıb. İctimai şüur da geridə qalıb". Sezar pizza

A.Salayevə Röya Ayxanın cavabı gecikməyib.

O, özünün sosial şəbəkə hesabında video çəkərək sərt şəkildə cavab verib:

"Rəhmətliklər təzədən diriliblər. Enerjiyə gəlmisiniz, elə bilirsiniz gəlib mənə çatmır? Ayaz Salayev, sizdən başlayıram: məni görəndə salamlaşırsınız, özünüzə gəlin. Yaxşı? Öyrəşmişəm ölənləri diriltməyə, amma siz elə ölü qalın. Bəli, birinci mənəm. Bildin? Hər şeyin ən gözəlini, ən layiqincə edən mənəm. Ya hamı bir-birini dəstəkləsin, ya da adımı çəkməyin".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!