Xalq artisti Röya Ayxan həmkarı Brilliant Dadaşovadan üzr istəyib.
"Yeni Sabah" xəbər verir ki, müğənni dünən İTV-də yayımlanan "3D" verilişində Brilliant Dadaşovanı erməni müğənninin oxuduğu mahnıya "super" şərhini yazdığına görə qınamışdı. Dadaşova Röyadan incimiş və “mənə “sənətkarımsan” deyən insandan bu sözləri gözləmirdim” deyə cavab vermişdi.
Röya "İnstaqram" hesabında yazdığı statusda söz-söhbətə son qoyulmasını xahiş edib: Toyuqlu pizza
“Mən sadəcə öz fikrimi söylədim və əsla Brilliant xanımı incitmək kimi bir fikrim olmadı, ola da bilməz. Doğrudan da, mənim fikrim onu incitdisə, bağışlasın! Hər zaman hörmətlə, böyük sevgi ilə onun yanında olmuşam və olacam da! Bu söz-söhbət artıq bitsin, xahiş edirəm!”.

Telegram kanalımız