“Röya ilə dost olmamışıq, özü məni tapıb” -   Qalmaqal 

saytların hazırlanması

Evə çatdırılma

“Röya ilə dost olmamışıq, özü məni tapıb” - Qalmaqal 

Şou

08 İyun 2019 18:05 1235


“Eurovision” qalibi Nigar Camal “MTV Azərbaycan”da yayımlanan “Söhbətsiz” proqramında qonaq olub.

İfaçı “Altın kelebek” mükafatları zamanı Əməkdar artist Röya Ayxanla olan qalmaqalı barədə sualları cavablandırıb.

Sənətçi Röya ilə yaxın münasibətlərinin olmadığını bildirib: pizza mizza

“Röya ilə heç vaxt dost olmamışıq. Özü məni tapdı, duet etmək istədi. Biz 3 dəfə görüşdük. Sonra “Altın kelebek” oldu. Özü zəng edib, Miri Yusifdən nömrəmi götürmüşdü. Əvvəldən bilirdim ki, “Altın kelebek” almayacağam. Mənə dedilər ki, “Oskar” mükafatları kimi qırmızı xalı filan var. Düşündüm ki, maraqlı olacaq. Gedəndə gördüm ki, “Eurovision”un yanında “Altın kelebek” heç nədir. Türk mediasından 2-3 nəfər var idi, onlar da yalnız türklərdən müsahibə götürürdü. Bizi isə tanıyan yox idi, ancaq “Xəzər” TV ilə ATV müsahibə alırdı. Bir də “Altın kelebek”ə təklif gəlsə, getmərəm. Mən Röyanı təbrik etdim. Nə etməli idim ki? Ona “bunu” sözünü deməmişəm, rus dilliyəm deyə, sözüm belə anlaşılıb”.

Qeyd edək ki, qalmaqala səbəb Nigarın Röyanı mükafatlandırma zamanı yox, sosial mediadan təbrik etməsi olmuşdu.

Axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!