"Ruben Vardanyan istefa verməyəcək".
Yenisabah.az "Azadlıq Radiosu"na istinadla xəbər verir ki, bunu Vardanyanın müşaviri Mesrop Arakelyan deyib.
O əlavə edib: "İşdən çıxarılacağı təqdirdə isə o, "Artsax"ı tərk etməyəcək". Dördpendirli pizza
M. Arakelyan bildirib: “Bu söhbətlər yeni deyil. Həm yanvarda, həm də indi bəyan edirəm ki, Ruben Vardanyan istefa vermək fikrində deyil, "Artsax"ı tərk etmək niyyətində deyil, çünki Ruben Vardanyanın və bizim komandanın mövqeyi "respublika"da tutduğu mövqe ilə müəyyən edilmir.
İstənilən dəyişiklikdən asılı olmadan Ruben Vardanyanın "Artsax"a sədaqəti dəyişməz qalacaq və o, mövcud çağırışlara tab gətirmək üçün əlindən gələni edəcək”.
Telegram kanalımız