Ermənistan Milli Məclisinin sədr müavini Ruben Rubinyan rusiyalı təbliğatçı Vladimir Solovyovun açıqlamasını cavablandırıb.
"Yeni Sabah" xəbər verir ki, sədr müavini "Facebook" səhifəsində yazıb:
"İt hürər, karvan keçər. Bu halda it rusiyalı iş adamı Samvel Karapetyanın yaxın dostu və həmvətəni Solovyovdur və karvan dönməz sülhə və inkişafa doğru irəliləyən sevimli ölkəmizdir". Pepperoni pizza
Xatırladaq ki, Vladimir Solovyovun Ermənistanın itirilməsinin Rusiyanın maraqlarına uyğun olmadığı və Rusiyanın beynəlxalq hüquqa məhəl qoymadan təkcə Ukraynada deyil, həm də Rusiyanın təsir dairəsindəki ərazilərdə xüsusi hərbi əməliyyat keçirməli olduğunu bildirib.
Telegram kanalımız