Ermənistan Türkiyə ilə açıq sərhədə və Ankara ilə diplomatik əlaqələr qurmağa həmişə hazır olub.
Yenisabah.az xəbər verir ki, bunu “Azadlıq Radiosu"nun erməni xidmətinə müsahibəsində Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə danışıqlarda xüsusi nümayəndəsi, hakim “Vətəndaş Müqavilə” partiyasından parlamentin vitse-spikeri Ruben Rubinyan deyib.
Onun sözlərinə görə, Ermənistan bu məsələdə konstruktivdir, lakin Türkiyə hələ də bu addımı atmır. Eyni zamanda, o qeyd edib ki, İrəvanla Ankara arasında yükdaşımaları üçün artıq imkan var və təsərrüfat subyektləri bu fürsətdən yararlanmaq istəsələr, edə bilərlər. pizza hut
Rubinyan əlavə edib ki, sonuncu dəfə sərhəddə, Marqarda texniki qrupun iclası keçirilib, körpünün vəziyyəti öyrənilib. Rəsmi izah edib ki, Ermənistanın diplomatik pasport sahibləri üçün quru sərhədlərinin açılması təklifi qüvvədə qalır, İrəvan Türkiyə tərəfinin reaksiyasını gözləyir:
“Əgər körpünün istifadəyə yararlı olduğu aşkar edilərsə, o zaman üçüncü ölkə vətəndaşları üçün sərhədi açmamaq üçün heç bir texniki səbəb olmayacaq. Əgər bu baş verməsə, bu, o demək olacaq ki, siyasi səbəb var və Ermənistan tərəfindən siyasi səbəb ola bilməz”.
R.Rubinyan qeyd edib ki, yüklərin birbaşa hava daşınması təklifi Türkiyə tərəfi tərəfindən edilib və İrəvan bunu qəbul edib. “Türkiyə tərəfindən tez-tez ziddiyyətli bəyanatlar verilir: Ankaranın bu prosesə ilkin şərt olmadan getdiyi deyilir, digər tərəfdən isə bu bəyanatlara zidd bəyanatlar verilir”.
Erməni deputat əmin edib ki, hazırda Türkiyənin xüsusi nümayəndəsi ilə görüş planlaşdırılmır.
Telegram kanalımız