"Bizim mövqeyimiz dəyişməyib: Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan sülh prosesləri fərqli proseslərdir. Lakin eyni bölgəni bölüşdüyümüz üçün onlar təbii olaraq bir-birinə təsir edə bilərlər".
"Yeni Sabah" news.am- istinadla xəbər verir ki, bunu Ermənistan Milli Məclisinin sədr müavini Ruben Rubinyan bildirib.
"İnanırıq ki, Ermənistan-Türkiyə sülh prosesindəki irəliləyiş nəinki Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına zərər verəcək, həm də əslində kömək edəcək və yeni impuls verəcək. Bundan əlavə, Ermənistan-Azərbaycan sülh prosesindəki böyük irəliləyişi - 8 avqust sülh bəyannaməsini, heç olmasa dəmir yolu blokadasının qismən qaldırılmasını və s. qeyd etməmək olmaz. Toyuqlu pizza
Ümumiyyətlə, düşünürəm ki, bütün proseslər müsbət istiqamətdə gedir və biz artıq müəyyən nəticələr görürük. Başqa nəticələr də görəcəyik", - Rubinyan bildirib.
Telegram kanalımız