Ruhani və Zərifin ev həbsi xəbərindən sonra... - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Ruhani və Zərifin ev həbsi xəbərindən sonra... - Fotolar

Dünya

21 Yanvar 2026 09:32 363


İranın sabiq prezidenti Həsən Ruhani və keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifin həbsi barədə məlumat əyani şəkildə təkzib olunub. 

"Yeni Sabah" xəbər verir ki,  bu barədə ilk iddia "Cedal" youtube verilişində səslənmişdi.

Millət vəkili Əbülqasem Cərare və siyasətçi Meysəm Nadi ikilinin ev həbsində olduğunu bildirmişdi. Dördpendirli pizza

Hər iki şəxsin dəftərxanası bu iddianı təkzib etsə də, İsrailin "Channel 14" telekanalı bu məlumatı bir daha efirdə yayımlamışdı.

"Channel 14" Zərifin Rza Pəhləvi ilə əlaqə yaratdığını və Ruhanini bu barədə məlumatlandırdığını bildirmişdi.

Yanvarın 20-də Həsən Ruhani və Cavad Zərif Tehranda keçirilən hüzr mərasimində görünməklə iddiaları alt-üst ediblər.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!