“Rus bölməsi üçün bir il əvvəldən hazırlaşmalı olacaqlar“

saytların hazırlanması

Evə çatdırılma

“Rus bölməsi üçün bir il əvvəldən hazırlaşmalı olacaqlar“

Sosial

08 May 2019 11:45 928


“Mayın 1-dən Bakı şəhərində rus bölməsi üzrə müsahibədən uğur qazanmış şagirdlərin I sinfə qəbulu üçün məktəb seçiminə başlanıb. Məlum idi ki, müsahibədən keçməsinə baxmayaraq heç də hamı bu bölmədə seçim edib təhsilini davam edə bilməyəcəkdi. Çünki mövcud plan yeri ilə müsahibədən uğurla keçənlər arasında fərq çox idi”. 

“Yeni Sabah” xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, müsahibənin təşkil olunması rus bölməsində tədrisin keyfiyyəti baxımından yaxşı idisə, bu rus bölməsində övladının oxumasını istəyən, amma rus dilindən anlayışı olmayanlar üçün pis idi:

“Bu ildən etibarən rus bölməsinə dərs deyəcək müəllimlərin işi yaxşı olacaq, çünki sinifdəki şagirdlərin hamısının rus dilindən anlayışı, bilikləri olacaq.  Sezar pizza

Düzdür, yenədə elektron ərizə qəbulu başlayandan qısa müddət sonra bütün yerlər doldu. Amma Bakı Şəhər Təhsil İdarəsi fərdi qaydada müraciətlərə baxıb onların yerləşdirilməsini həyata keçirir və bu proses davam edir. Artıq bir çox məktəblərdə müraciətlərin çoxluğuna görə vakant siniflər açılıb”.

Ekspert gözləntiləri barədə söz açıb:

“Bu il rus bölməsində təhsil alacaq şagirdlərin sayı keçən illə müqayisədə çox olacaq.

Bu il rus bölməsində ibtidai sinif müəllimliyi üzrə kifayət qədər əlavə müəllimə ehtiyac olacaq ki, bu da yeni iş yerlərinin açılması, insanların işlə təmin olunması deməkdir. Rus bölməsində təhsilin keyfiyyəti artacaq, çünki daha sinifdə şagirdlər arasında bilik fərqi olmayacaq.

Növbəti il üçün artıq valideynlər övladlarını istəsələr rus bölməsində təhsil alsın, buna azı bir il əvvəldən hazırlaşmaqla başlayacaqlar. 

Proses tam şəkildə elektron qaydada olduğu üçün məmurla təmas, münasibət yoxdur ki, bu da əvvəlki illərdə formalaşmış çox saylı mənfi tendensiyanı aradan qaldıracaq. 

Arzum isə odur ki, müsahibədən uğurla keçənlərin hamısı qəbul edilsin. Düzdür, bütün hallarda bu olacaq, onlar kənarda qalmayacaq, amma indi Azərbaycan bölməsində də yerlər demək olar ki dolub. 

Müsbət hal odur ki, xidmətlərin elektron qaydada olması insanların təhsildəki şəffaflığa, keyfiyyətin dəyişməsinə inamını artırıb”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!