Rusiya Cənub Hərbi Dairəsinin (SMD) Ermənistandakı bazasının hərbçiləri dağlıq poliqondaki təlimlərdə iştirak edəcək.
Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, “Alagöz” poliqonunda PUA ekipajlarının dəstəyi ilə şərti düşmən hədəflərinin kəşfiyyatı həyata keçiriləcək.
Hərbçilər naviqasiya avadanlığı, ballistik stansiya, girokompas və müasir rabitə vasitələrində işləmək vərdişlərindən istifadə etməklə 1-15 km məsafədə yeganə və qrup hədəfləri məhv edəcəklər. Bundan əlavə, döyüş atışları zamanı artilleriyaçılar məhdud görünmə şəraitində birbaşa atəşlə düşmənin taktiki hücum qüvvələrinin enişini imitasiya edərək, stasionar və sürətlə hərəkət edən hədəflərə hazırlaşmaq və atəşə tutmaq tapşırıqlarını məşq edəcəklər. Toyuqlu pizza
Telegram kanalımız