Rus jurnalistlər Qarabağda:   Ətrafda minlərlə mina var...

saytların hazırlanması

Evə çatdırılma

Rus jurnalistlər Qarabağda: Ətrafda minlərlə mina var...

Rəsmi

26 Dekabr 2020 19:57 925


Rusiyanın RBK televiziya kanalının əməkdaşları işğaldan azad edilmiş Azərbaycan ərazilərindən reportaj hazırlayıblar.

Yenisabah.az xəbər verir ki, onların ilk yollandığı şəhər Ağdam olub. Rusiyalı jurnalistlər bildirirlər ki, burada yollarla hərəkət etmək olar, amma yol kənarına çıxmamaq tövsiyə edilir. Ətrafda minlərlə mina var. Ağdamda reportyorların diqqətini şəhərin demək olar ki, tamamilə dağıdılması çəkib.

Qeyd olunur ki, burada salamat qalmış yeganə bina Cümə məscididir ki, o da ciddi zərər görüb. Məscidin tezliklə bərpa edilməsinin planlaşdırıldığı vurğulanır. pizza mizza

Sonra Tərtər və Cəbrayılda olan telekanalın əməkdaşları oradakı dağıntılar haqqında da məlumat verirlər. /Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!