Rus PUA-ları Qarabağda... – “24 saat uçuş”

saytların hazırlanması

Evə çatdırılma

Rus PUA-ları Qarabağda... – “24 saat uçuş”

Rəsmi

22 Noyabr 2020 08:43 2388


Rusiya sülhməramlıları Qarabağda ayrı-ayrı kiçik insidentlər qeydə alır, amma atəşkəs rejiminə riayət olunur. Bu barədə Rusiya sülhməramlı kontingentinin komandiri Rüstəm Muradov bildirib. 

"Atəşkəs rejiminin pozulması və təxribatlar qeydə alınmayıb. Ayrı-ayrı kiçik insidentlər yerlərdə sülhməramlı kontingentin nümayəndələri tərəfindən nizamlanır", deyə o, RF prezidenti Vladimir Putinin keçirdiyi müşavirədə bildirib. 

Muradov qeyd edib ki, Rusiya kontingenti sülhyaratma əməliyyatının həyata keçirildiyi zonada Ermənistan və Azərbaycan nümayəndələri ilə qarşılıqlı əlaqəni təşkil edib.  Marqarita pizza

"Dağlıq Qarabağın ərazisi iki məsuliyyət zonasına ayrılıb. "Şimal" zonasında 11 müşahidə məntəqəsində 15-ci motoatıcı briqadanın birinci batalyonu, "Cənub" zonasında - Laçın dəhlizində 12 məntəqədə ikinci batalyon tapşırıqları yerinə yetirir", deyə "İnterfaks-Azərbaycan" Muradovdan sitat gətirir. 

"Müşahidə məntəqələri bütün rabitə növləri, o cümlədən qapalı, kosmik və videokonfrans rabitəsi ilə təmin edilib. Vəziyyətə nəzarət üçün 24 saat pilotsuz uçuş aparatlarından istifadə olunur", deyə general bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!