Rus PUA-sı sərhədi keçdi, F-16-lar havaya qalxdı 

saytların hazırlanması

Evə çatdırılma

Rus PUA-sı sərhədi keçdi, F-16-lar havaya qalxdı 

Dünya

27 Sentyabr 2024 17:57 10511


Sentyabrın 27-nə keçən gecə Rusiya qoşunları Rumıniya ilə sərhədə yaxın, Dunay çayının Kiliya yaxınlığındakı Ukrayna ərazisinə PUA-larla zərbələr endirib. Cavab olaraq Rumıniya vəziyyəti izləmək üçün havaya qırıcı təyyarələr qaldırıb. 

Yenisabah.az Axar.az-a istinadən bildirir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, vəziyyəti izləmək üçün 86 və 57 saylı hava bazalarından iki Rumıniya və iki İspaniya F-16 və F-18 qırıcıları havaya qalxıb:  Pepperoni pizza

"Səhər saat 3:00 radələrində radar məlumatları pilotsuz təyyarələrdən birinin qısa müddətə Rumıniya sərhədini keçə biləcəyini göstərib. Hazırda ölkənin müdafiə idarəsi PUA axtarışlarını davam etdirir, lakin ərazidə heç bir iz tapılmayıb". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!