Rus qadınlar azərbaycanlı kişilərlə evlənməyə üstünlük verirlər

saytların hazırlanması

Evə çatdırılma

Rus qadınlar azərbaycanlı kişilərlə evlənməyə üstünlük verirlər

Maraqlı

15 Oktyabr 2021 14:41 1787


Rusiyalı qadınlar evlənmək üçün əcnəbilər arasında azərbaycanlı kişilərə üstünlük verirlər.

Yenisabah.az xəbər verir ki, bu barədə Saratov vilayətində Regional Vətəndaşlıq Qeydiyyatı İdarəsinin (ZAQS) keçirdiyi brifinqdə məlum olub.

Belə ki, Saratov vilayətində bu ilin ilk 9 ayında əcnəbi vətəndaşlarla 464 ailə nigahı qeydə alınıb: 153 gəlin və 311 bəy xarici vətəndaşlarla öz nikahlarını rəsmiləşdiriblər. Pepperoni pizza

Hesabata əsasən, bunların arasında 81 qadın azərbaycanlı kişilərlə evlənib. Bundan sonra siyahının ilk beşliyini Tacikistan (77), Ermənistan (37), Qazaxıstan (30) və Ukrayna (19) vətəndaşları davam etdirir.

Maraqlıdır ki, həmin vilayətdə ən çox ərə gedən əcnəbi qadınlar - Ermənistan vətəndaşlarıdır. (sherg.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!