Rus səfir Paşinyanın müavini ilə nədən danışıb?

saytların hazırlanması

Evə çatdırılma

Rus səfir Paşinyanın müavini ilə nədən danışıb?

Rəsmi

13 Fevral 2023 17:44 769


Ermənistan Baş nazirinin müavini Tiqran Xaçatryan və Rusiyanın Ermənistandakı səlahiyyətli və fövqəladə səfiri Sergey Kopirkin arasında keçirilən görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi vurğulanıb. 

Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, görüşdə Baş nazirinin müavini Tiqran Xaçatryan Rusiya Federasiyası ilə qurulmuş sıx əməkdaşlığı yüksək qiymətləndirib və əlaqələrin xüsusilə iqtisadi istiqamətlərdə inkişafını vurğulayıb. 

“Həmsöhbətlər Ermənistan-Rusiya müttəfiqlik münasibətlərinin hazırkı gündəliyinə istinad ediblər. İki ölkə arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi və genişləndirilməsi, eləcə də Ermənistan-Rusiya ticarət-iqtisadi əlaqələri, o cümlədən ticarət dövriyyəsinin artan həcmi və strukturu ilə bağlı məsələlərin spektri vurğulanıb”, - məlumatda deyilir.  Sezar pizza

Kopirkin Baş nazirin müavinini bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib və Rusiya tərəfinin bütün sahələrdə əməkdaşlığa hazır olduğunu bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!