Rusiya-Azərbaycan quru sərhədi gələn il martın 1-nə kimi bağlanır

saytların hazırlanması

Evə çatdırılma

Rusiya-Azərbaycan quru sərhədi gələn il martın 1-nə kimi bağlanır

Rəsmi

18 Dekabr 2020 19:15 1090


"Rusiya və Azərbaycanda koronavirusa yoluxanların sayının kəskin artması və ölkəmizdə sərt karantin tədbirlərinin tətbiqi ilə əlaqədar Rusiya Federasiyası (Dağıstan Respublikası) ilə Azərbaycan Respublikası arasında quru dövlət sərhədi vətəndaşların keçidi üçün 2021-ci ilin mart ayının 1-dək bağlı olacaq"

Yenisabah.az xəbər verir ki, bu barədə "Report"un Rusiya bürosuna Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

Məlumatda deyilir: pizza mizza

"Qış fəslini, əlverişsiz hava şəraitini, infrastrukturun və məişət şəraitinin olmamasını nəzərə alaraq, həmçinin ciddi problemlərlə üzləşməmək üçün Səfirlik Azərbaycan Respublikası vətəndaşlarından sərhədi keçmək məqsədi ilə Dağıstana getməkdən çəkinməyi təkidlə xahiş edir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!