Rusiya azərbaycanlı jurnalisti 40 min rubl cərimələdi 

saytların hazırlanması

Evə çatdırılma

Rusiya azərbaycanlı jurnalisti 40 min rubl cərimələdi 

Maraqlı

30 Avqust 2023 12:28 412


Moskvanın Savelovski məhkəməsinə azərbaycanlı jurnalist və “Nə? Harada? Nə zaman?” televiziya oyununun iştirakçısı Rövşən Əsgərovu cərimələyib. 

Yenisabah.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

O, xarici agentin fəaliyyət qaydalarını pozmaqda ittiham olunur. Məhkəmə Əsgərova 40 min rubl cərimə tətbiq edib.  Pepperoni pizza

Əsgərovun işinə Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 19.34-cü maddəsi (xarici agent tərəfindən Rusiya Federasiyasının xarici agentlər haqqında qanunvericiliyində nəzərdə tutulmuş məlumatların səlahiyyətli orqana təqdim edilməməsi) əsasında baxılıb. 

Xatırıladaq ki, Rövşən Əsgərov ötən ilin dekabr ayında xarici agentlər siyahısına daxil edilib. Onunla bağlı ötən il Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1 (nasizmin reabilitasiyası) maddəsi ilə iş açılıb. Bu maddə üzrə maksimum cəza beş il həbsdir. Daxili İşlər Nazirliyi onu axtarışa verib, məhkəmə isə qiyabi həbs qərarı çıxarıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!