“Rusiya bizimlə hesablaşmağa məcburdur” - Etibar Məmmədov 

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya bizimlə hesablaşmağa məcburdur” - Etibar Məmmədov 

Siyasət

20 Dekabr 2022 15:37 786


Ermənistanla sərhəddəki son qanlı sentyabr döyüşlərindən sonra və Laçın-Şuşa-Xankəndi-Xocalı-Ağdam yolunda Azərbaycan ictimai fəallarının son iki həftədəki etiraz aksiyası fonunda bir sıra şərhçilər belə bir fikir söyləyir ki, Ukraynadakı məğlub durumu səbəbindən Yaxın Şərqə təcili çıxış yolu yaratmaqda maraqlı olan Rusiya bütün vasitələrlə  Zəngəzur dəhlizinin açılmasına çalışır. 

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında Milli İstiqlal partiyasının lideri Etibar Məmmədov belə deyib:

“Rusiya doğrudan da həm Şərq-Qərb marşrutunun qarşısını almaq, həm də Moskvanın layihəsi olan Şimal-Cənub marşrutunun işləməsi üçün Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Onlar özləri də bunu etiraf edir. Sadəcə, Ermənistanın, Paşinyan hakimiyyətinin buna qarşı dirənməsi dəhliz statusuna görədir. Ermənilər Zəngəzur yoluna dəhliz statusu verilməsini istəmirlər. Halbuki, 10 noyabr üçtərəfli bəyanatında həmin marşrutun açılması və o yola Rusiyanı  sərhəd qoşunlarının nəzarət etməsi nəzərdə tutulub. Yəni Ermənistanın nəzarətinin olacağı qeyd olunmayıb”. pizza

“Bu mənada belə bir versiya da səslənir: guya Kreml hər vəchlə çalışır ki, Azərbaycan-Ermənistan sərhədində yenidən hərbi əməliyyatlar bərpa olunsun və Azərbaycan ordusunun gücü sayəsində, hər iki tərəfdən böyük itkilər hesabına olsa da, Zəngəzur dəhlizi açılsın. Bu haqda fikriniz necədir?” sualını isə həmsöhbətimiz bu cür cavablandırıb:

“Bilirsiz, məsələ nə yerdədir? Bu saat Rusiya Azərbaycan və Türkiyədən çox asılıdır.  Və nə edir-etsin, Moskva bizimlə hesablaşmağa məcburdur. Və istər Türkiyənin, istərsə də Azərbaycanın zərərinə iş görülməsini istəməz. Onu da nəzərə almaq lazımdır ki, hazırda Rusiyanın NATO ölkələri arasında yeganə nəfəs ala bildiyi pəncərə Türkiyədir. Ona görə də, yəqin, Kreml də çaşmayıb ki, birdən-birə gəlsin həmin pəncərəni də bağlasın və tam izolyasiya vəziyyətinə düşsün”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!