“Rusiya buna mane ola bilməyəcək” -   Politoloq

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya buna mane ola bilməyəcək” - Politoloq

Siyasət

16 Noyabr 2020 14:28 2734


"Bəzi dostlar yazır ki, Türkiyə hərbçiləri Rusiya hərbçiləri ilə birlikdə atəşkəsə nəzarət üzrə mərkəzdə yer alacaqlar. Başqa sözlə, noyabrın 10-da qəbul edilən bəyanata görə, Türkiyə hərbçilərinin sülhməramlı əməliyyatda iştirakı nəzərdə tutulmayıb".

Yenisabah.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu sosial şəbəkədə yazıb.

O qeyd edib ki, Tükiyə hərbçilərinin Azərbaycanda hansı statusda iştirak etməsi bizdən asılıdır: Marqarita pizza

"Rusiya Dağlıq Qarabağda bildiyini edir, bəyanatda nəzərdə tutulmayan “işlərlə” məşğuldur, Kəlbəcərin boşaldımasını 10 gün uzatdılar. Biz Türkiyə hərbçilərinin Şuşada, Laçında, Kəlbəcərdə və ya Ağdamda yerləşlədirilməsini istəsək Rusiya buna mane ola bilməyəcək. Rusiya istəyərdi ki, NATO dövlətinin hərbi təyyarələri Azərbaycanda yerləşsin? Əlbəttə ki, yox. Ancaq Türkiyənin F-16 hərbi təyyarələri aylardır Azərbaycan ərazisindədir və elə bu məsələni də həll edib, strateji müttəfiqimizin ərazimizdə hərbi hava qüvvələrinin bazasını rəsmiləşdirmək lazımdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!