Rusiyanın "Mahaçqala" esminesi İranın şimalındakı Ənzəli limanına yanaşıb.
Yenisabah.az "Mehr"ə istinadla xəbər verir ki, səfərin məqsədi İran-Rusiya hərbi əməkdaşlıq haqqında sazişlərin həyata keçirilməsi və iki ölkə arasında dənizçilik sahəsində əlaqələrin səviyyəsinin yüksəldilməsi və iki ölkənin dəniz diplomatiyasının inkişafıdır.
Bu səfərin planları arasında Şimal Donanmasının komandanı ilə görüşün keçirilməsi, Ənzəli liman şəhərinə və bu şəhərin azad zonasına baş çəkilməsi, idman yarışlarının və PASSEX təlimlərinin keçirilməsi daxildir. pizza
Telegram kanalımız