“Rusiya ilə böhran yoxdur“ - Paşinyan

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya ilə böhran yoxdur“ - Paşinyan

Rəsmi

14 Mart 2023 17:06 1076


“Rusiya ilə münasibətlərdə böhran yoxdur”.

Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O deyib: “Biz danışırıq, müzakirə edirik və problemləri həll edirik, amma mən münasibətlərdə böhran görmürəm”. pizza

N. Paşinyan əlavə edib ki, bəzi problemlər subyektiv deyil, obyektivdir, ona görə də münasibətlərə böhranlı təsir göstərə bilməz:

“Münasibətlərimiz normal vəziyyətdədir, bu o demək deyil ki, qarşılıqlı narahatlıq yoxdur”.

Ermənistanda yerləşən Aİ missiyası ilə bağlı Rusiyanın mövqeyini şərh edən Ermənistanın Baş naziri qeyd edib ki, Aİ missiyası mülki silahsız missiyadır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!