Rusiya israrlıdır:   Qafanda baş konsulluq açacağıq

saytların hazırlanması

Evə çatdırılma

Rusiya israrlıdır: Qafanda baş konsulluq açacağıq

Rəsmi

22 Oktyabr 2023 11:36 1011


Münasibətlərdəki gərginliyə baxmayaraq, Ermənistan hələ də Rusiya Qafanda baş konsulluğunun yaradılması planlarını dəstəkləyir.

Yenisabah.az RIA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin konsulluq departamentinin rəhbəri Aleksey Klimov bildirib.

“Rusiyanın Qafanda Baş Konsulluğunun yaradılması ilə bağlı planlarda heç bir dəyişiklik baş verməyib. Erməni tərəfinin onun açılmasına razılığı qüvvədə qalır”, - deyə Klimov vurğulayıb. Pepperoni pizza

O, işin başlanması ilə bağlı şöbəyə əlavə məlumat veriləcəyinə söz verib.

Xatırladaq ki, Qafanda artıq İran konsulluğu fəaliyyət göstərir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!