Rusiya Xarici İşlər Nazirliyi ABŞ-nin Venesuelaya qarşı hücumları ilə bağlı narahatlığını bildirib. "Yeni Sabah" bildirir ki. AP agentliyinin məlumatına görə, ABŞ əməliyyatı 30 dəqiqədən az sürüb və əlavə hərbi addımların planlaşdırılıb-planlaşdırılmadığı hələ məlum deyil.
Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb ki, əgər Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı zorla ölkədən çıxarılıbsa, bu, müstəqil bir dövlətin suverenliyinə qəbuledilməz müdaxilədir. Nazirlik suverenliyə hörmətin beynəlxalq hüququn əsas prinsiplərindən biri olduğunu xatırladıb və vəziyyətin dərhal aydınlaşdırılmasını tələb edib.
İlahamə Qasımlı
Telegram kanalımız