Rusiya məhkəməsi azərbaycanlıların həbs müddətini uzatdı

saytların hazırlanması

Evə çatdırılma

Rusiya məhkəməsi azərbaycanlıların həbs müddətini uzatdı

Dünya

20 Dekabr 2025 09:13 429


Yekaterinburqda məhkəmə qətllər törətməkdə təqsirləndirilən Azərbaycan diasporunun 3 üzvün barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətini uzadıb.

"Yeni Sabah" "Komsomolskaya Pravda"ya istinadla xəbər verir ki, Əziz Abasov, Şahin Lalayev və Əhliman Gənciyev Rusiya Cinayət Məcəlləsinin 33-cü maddəsinin 3-cü hissəsi və 105-ci maddəsinin 2-ci hissəsinin “z” və “g” bəndləri ilə ittiham olunurlar.

Üçlüyün həbs müddəti 29 mart 2026-cı il tarixinədək uzadılıb. Məhkəmənin hökmü hələ də qanuni qüvvəyə minməyib. Sverdlovsk vilayət məhkəməsinin mətbuat xidməti xəbər verir ki, tərəflərin ondan apellyasiya şikayəti vermək üçün üç günü var. Pepperoni pizza

Xatırladaq ki, avqustun 2-də "Ural-Azərbaycan" diaspor təşkilatının rəhbəri Şahin Şıxlinski də Rusiya Cinayət Məcəlləsinin 2 maddəsi ilə həbs edilib və ona qarşı ittiham irəli sürülüb. Onun oğlu Mutvalı Şıxlinski əvvəllər "Risqvardiya" zabitinə hücum etdiyi üçün həbs edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!