Son sutkada Qarabağda atəşkəs rejiminin pozulması faktı qeydə alınmayıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb .
Bülletendə qeyd olunur ki, Rusiya sülhməramlıları 30 müşahidə məntəqəsində gecə-gündüz monitorinq aparır və atəşkəs rejiminə riayət olunmasına nəzarət edirlər. Sezar pizza
Ağdərə, Xocavənd və Şuşa rayonlarında 3 marşrut üzrə patrul xidməti həyata keçirilib.
Rusiya Federasiyasının sülhməramlıları Gorus-Xankəndi marşrutu üzrə humanitar yük daşıyan karvanı müşayiət edib.
Xocavənd rayonunda humanitar aksiya keçirilib, aztəminatlı çoxuşaqlı ailələrə ərzaq bağlamaları verilib.
Bundan əlavə, Rusiya sülhməramlı qoşunlarının mühəndis dəstələri obyektlərin və ərazinin minalardan təmizlənməsini davam etdirir.
Telegram kanalımız