Rusiya-NATO Şurası ləğv edildi

saytların hazırlanması

Evə çatdırılma

Rusiya-NATO Şurası ləğv edildi

Siyasət

03 Dekabr 2025 23:55 502


NATO-nun baş katibi Mark Rütte alyansın xarici işlər nazirlərinin iclasında Rusiya-NATO Şurasının ləğv edildiyini açıqlayıb.

Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Polşa xarici işlər naziri Radoslav Sikorski bildirib.

"Rusiya-NATO Şurası artıq mövcud deyil. Rusiya-NATO Təsis Qanunu da yoxdur", - Sikorski qeyd edib. Toyuqlu pizza

Onun sözlərinə görə, Varşava uzun müddətdir bu qərarı gözləyirdi.

"Bu gün biz Rusiyaya qarşı Avropa təhlükəsizliyini yaradırıq və bu, öz institusional ifadəsini tapıb", - nazir vurğulayıb.

Xatırladaq ki, 1997-ci ildə Rusiya ilə NATO arasında Qarşılıqlı Münasibətlər, Əməkdaşlıq və Təhlükəsizlik haqqında Təsis Qanunu imzalanıb. Qanunda Rusiya və NATO-nun bir-birini düşmən kimi görmədiyi bəyan edilib. 2002-ci ildə Rusiya-NATO Şurasının yaradılması barədə razılıq əldə olunub. Bu qurumun əsas məqsədi Moskva və Brüsselin, ilk növbədə terrorçuluğa qarşı mübarizədə hərbi-siyasi hərəkətlərini əlaqələndirmək olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!