"Rusiya Ordusu Mariupola tam nəzarət edir".
Yenisabah.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu xəbərdarlığı Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu gün keçirdiyi müşavirədə edib.
O bəyan edib ki, artıq Luqansk və Donetskdə, həmçinin millətçilərdən azad edilmiş Ukrayna ərazilərində, o cümlədən Azov dənizinin ən böyük sənaye və nəqliyyat qovşağı olan Mariupolda dinc həyat bərqərar olur: "Mariupol Rusiya Ordusunun nəzarəti altındadır. Ali Baş Komandanın göstərişinə uyğun olaraq, "Azovstal" zavodunun sənaye zonasında yerləşən yaraqlıların qalıqları bu ərazinin bütün perimetri boyu etibarlı şəkildə bloklanıb. Millətçilərə beynəlxalq hüquq normalarına uyğun olaraq insan həyatının xilas edilməsi və layiqli rəftar zəmanəti ilə mülki şəxslərin azad edilməsi, silahlarını yerə qoyulması ilə bağlı dəfələrlə edilən təkliflərə məhəl qoyulmayıb. Biz bu cəhdləri davam etdiririk”. Toyuqlu pizza
Telegram kanalımız