Kreml Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian arasında telefon danışığının nəticələri barədə jurnalistləri ən qısa müddətdə məlumatlandıracağına söz verib.
"Yeni Sabah" interfax-a istinadla xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
O, regiondakı vəziyyətin "son dərəcə gərgin" olduğunu və Rusiya prezidentinin "gərginliyin azaldılmasına kömək etmək üçün səylərini davam etdirdiyini" qeyd edib. Dördpendirli pizza
Kreml sözçüsündən Moskvanın həm İran, həm də daxilində vəziyyətin gərginləşməsi halında İrana hansı yardımı göstərməyə hazır olduğu soruşulub.
"Rusiya artıq təkcə İrana deyil, həm də bütün regiona, regional sabitlik və sülh işinə, o cümlədən prezidentin gərginliyin azaldılmasına yönəlmiş səyləri sayəsində kömək göstərir", - deyə Peskov cavab verib.
Telegram kanalımız