"Rusiyanın sülh müqaviləsi danışıqlarından kənarda qaldığını düşünmürəm".
Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bunu erməni siyasətçi Tiqran Abramyan deyib:
O bildirib: “Rusiyanın bu prosesdən kənarda qaldığını və ya belə bir məqsəd güddüyünü düşünmürəm. Regionda vəziyyətin idarə olunması prosesi ilə bağlı Qərblə Rusiya arasında dərin qarşıdurma var. Digər aspektlərdə isə Rusiya iştirakını təmin edir, lakin 4-6 aydan sonra nəyə sahib olacağıq və danışıqlar prosesində faktiki olaraq kim əsas rol oynayacaq, bunu söyləmək hələ də çətindir”. Sezar pizza
T. Abramyanın sözlərinə görə, əsas problem Ermənistan və Azərbaycan hakimiyyətinin Qarabağla bağlı konsensusa malik olmasıdır. Üstəlik, müzakirələr heç bir şəkildə Ermənistan və Qarabağ ermənilərinin maraqlarına cavab vermir.
Telegram kanalımız