Rusiya Qara dənizdə Türkiyə gəmisinə hücum etdi

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Qara dənizdə Türkiyə gəmisinə hücum etdi

Siyasət

13 Dekabr 2025 23:56 846


Dekabrın 13-də Rusiya Silahlı Qüvvələri Ukraynadan Misirə gedən Türkiyəyə məxsus mülki gəmiyə hücum edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri bildirib.

Məlumata görə, zərbə dron vasitəsilə həyata keçirilib. Dominos pizza

"Rusiya göyərtəsində günəbaxan yağı olan və Misirə gedən Türkiyənin "VIVA" gəmisinə qarşı PUA-dan istifadə edərək hədəfə yönəlmiş zərbə endirib. Gəmi taxıl dəhlizindən keçib və göyərtəsində 11 Türkiyə vətəndaşı olub", - Ukrayna Hərbi Dəniz Qüvvələri bildirib.

Ekipaja zərər dəyməyib və gəmi Misirdəki təyinat yerinə hərəkətini davam etdirir.

Hərbi Dəniz Qüvvələri zərbənin açıq dənizdə, Ukraynanın eksklüziv iqtisadi zonasında, Ukrayna hava hücumundan müdafiə sistemlərinin əhatə dairəsindən kənarda baş verdiyini dəqiqləşdirib./Oxu.Az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!