“Rusiya Qərbdəki imicinə vurulan zərərdən xəbərdardır“ - Politoloq

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya Qərbdəki imicinə vurulan zərərdən xəbərdardır“ - Politoloq

Siyasət

21 May 2022 11:27 1185


“Rusiyanın ritorik dəyişikliyi iki məsələdən xəbər verir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında amerikalı siyasi şərhçi İrina Tsukerman deyib.

O, son zamanlar Rusiya siyasi və hərbi elitasının sərt ritorikadan çıxış etməməməsinin səbəblərindən danışıb: Marqarita pizza

“İlk növbədə, Rusiya özünün ictimai təsəvvüründən və Qərbdəki imicinə vurulan zərərdən xəbərdardır. Mövcud enerji böhranı ilə o, sadəcə iqtisadi sanksiyaların təsirini yumşalmağa çalışır və beləliklə, bu, qismən də olsa, Rusiyanı defoltdan saxlamağa kömək edir, lakin bu vəziyyət uzun sürməyə bilər”.

Tsukerman hesab edir ki, Rusiya bu trayektoriyanı davam etdirərək Qərbin tətbiq etdiyi sanksiyaları azatmmaq və münasibətlərin yenidən qurulmasını təşviq etmək istəyir:

"O bəzi ritorik güzəştlərə getdiyi təəssüratı yaratmağa çalışır.

İkinci məsələ ondan ibarətdir ki, Rusiya işğal və Qərbdən Ukraynaya silah ötürülməsi nəticəsində Suriya və Ukraynada özünün zəifliyini etiraf edir. O, Ukraynada, xüsusən də Qərbdəki sağ populistlərin ittifaqını sarsıtmağa çox çalışıb və indi onların Baydenə inamsızlığından istifadə edir. Hətta ABŞ və Avropadan Ukraynaya yardımı dayandırmaq üçün daxili təzyiq yaratmaq istəyir”, - deyə İ. Tsukerman vurğulayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!