Rusiya sülhməramlıları Azərbaycan tərəfi ilə birgə beş məntəqə qurdu

saytların hazırlanması

Evə çatdırılma

Rusiya sülhməramlıları Azərbaycan tərəfi ilə birgə beş məntəqə qurdu

Rəsmi

19 Oktyabr 2023 20:45 727


Son 24 saat ərzində Rusiya sülhməramlıları yollarda hərəkətin təhlükəsizliyini təmin etmək üçün Qarabağda 10 post yaradıblar.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirlib ki, həmin postlardan beşi Azərbaycan tərəfi ilə birgə qurulub. pizza

Müdafiə Nazirliyi əlavə edib ki, sentyabrın 19-dan etibarən Qarabağın Əsgəran, Ağdərə, Xocavənd və Şuşa rayonlarında Rusiya sülhməramlılarının ümumilikdə 8 müşahidə və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.

Qeyd olunub ki, hazırda sülhməramlılar Qarabağın məskunlaşmış ərazilərində elektrik enerjisi və qaz təchizatının bərpası işlərində iştirak edirlər./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!