Rusiya sülhməramlıları Qarabağda - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Rusiya sülhməramlıları Qarabağda - Fotolar

Rəsmi

13 Noyabr 2020 23:28 1766


Rusiyanın sülhməramlı qüvvələrinin Qarabağda yerləşdirilməsi prosesi davam edir.

Yenisabah.az xəbər verir ki, Rusiyanın “RİA Novosti” agentliyi bununla bağlı fotoreportaj təqdim edib:

Dördpendirli pizza

1. Dağlıq Qarabağa artıq 1100-dən çox Rusiya sülhməramlısı yerləşdirilib.  

2. Rusiya sülhməramlıları noyabrın 12-də Xankəndiyə daxil olub.

3. Yaradılacaq müşahidə məntəqələrində qayda pozuntuları barədə informasiya toplanacaq, nəqliyyatın təhlükəsiz hərəkəti izlənəcək.

4. Sülhməramlı kontingent müasir hərbi və xüsusi texnikalarla təchiz olunub.

5. Demək olar ki, əraziyə cəlb olunan bütün sülhməramlı kontingent humanitar əməliyyatların təmin edilməsi üzrə təcrübəyə sahibdir.

6. Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yaratdığı baza.

7. Sülhməramlılar tərəflərin təmas xətti boyu yerləşdiriləcək.

8. Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarının istifadə etdiyi PDM-lər.

9. Sülhməramlılar Laçın şəhərində patrul nəzarəti həyata keçirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!