Rusiya-Ukrayna müharibəsində İLK YAŞANDI - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Rusiya-Ukrayna müharibəsində İLK YAŞANDI - VİDEO

Siyasət

15 Dekabr 2025 21:20 10536


Ukrayna kəşfiyyat strukturlarının birgə əməliyyatı nəticəsində Novorissiysk limanında Rusiya Hərbi Dəniz Donanmasına aid sualtı qayıq partladılıb. 

"Yeni Sabah" xəbər verir ki, bunu jurnalist, siyasi şərhçi Şahin Cəfərli sosial şəbəkə hesabında paylaşıb. 

"636.3 "Varşavyanka" layihəli dizel-elektrik mühərrikli sualtı qayıq "Sub Sea Baby" sualtı dronu ilə vurulub. Bu, tarixdə ilk belə hadisədir. pizza hut

Bu layihəyə sovet dövründə, 1970-ci illərdə başlanıb və əsasən Varşava Müqaviləsi Təşkilatı ölkələrinə göndərmək üçün nəzərdə tutulduğundan "Varşavyanka" adı verilib. Eni 10 metr, uzunluğu 74 metr olan bu tip sualtı qayıqlar 300 metrə qədər dərinlikdə 45 sutka avtonom hərəkət edə bilir. İçərisində "Kalibr" qanadlı raketləri üçün 4 buraxıcı qurğu var. Bundan başqa, sualtı qayıq torpedolar və minalarla silahlanıb" - Şahin Cəfərli bildirib. 

Siyasi şərhçi əlavə edib ki, Ukrayna ordusu bundan əvvəl daha bir "Varşavyanka" tipli sualtı qayığı məhv edib. 2024-cü ilin avqustunda Sevastopol buxtasında təmirə dayanmış "Rostov-na-Donu" adlı gəmi raket zərbələri ilə batırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!