Rusiya və Ekvadordan quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyuldu

saytların hazırlanması

Evə çatdırılma

Rusiya və Ekvadordan quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyuldu

Maraqlı

04 Sentyabr 2023 19:25 329


Rusiya və Ekvadordan quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Rusiyanın Tatarıstan Respublikasında və Ekvadorun Quayas əyalətində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması məqsədilə Rusiyanın Tatarıstan Respublikasında, habelə Ekvador Respublikasının Quayas əyalətində, zonalaşma prinsipi nəzərə alınmaqla 10 kilometr radiusdakı məsafədə yerləşən müəssisələrdən quşçuluq məhsullarının, yemlərin, kəsim və emal üçün istifadə olunan avadanlıqların idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib. Sezar pizza

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə bu inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!