Rusiya XİN: “Azərbaycanla münasibətlər yeni səviyyəyə yüksəlib”

saytların hazırlanması

Evə çatdırılma

Rusiya XİN: “Azərbaycanla münasibətlər yeni səviyyəyə yüksəlib”

Siyasət

29 Dekabr 2022 15:08 857


"Azərbaycan ilə Rusiya arasında müttəfiqlik əməkdaşlığı haqqında bəyannamənin imzalanması ikitərəfli münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəldib".

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin 2022-ci ilin əsas xarici siyasət yekunlarına dair şərhində deyilir.

Rəsmi Moskva il ərzində Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə verib: “Rusiya rəsmi Bakı ilə İrəvan arasında münasibətlərin hərtərəfli normallaşmasına, nəqliyyat kommunikasiyalarının açılmasına, sərhədin delimitasiyasına, sülh sazişinin razılaşdırılmasına, humanitar problemlərin həllinə töhfə verib”. pizza sifarişi

Xatırladaq ki, bu il fevralın 22-də Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin Moskvada “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzalayıb. Sənəddə qarşılıqlı fəaliyyətin ən geniş spektrinə dair 40-dan çox müddəa var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!