Rusiya XİN Cənubi Qafqaza dair bəyanat verdi

saytların hazırlanması

Evə çatdırılma

Rusiya XİN Cənubi Qafqaza dair bəyanat verdi

Rəsmi

30 Yanvar 2023 14:20 824


Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması Rusiyanın prioritet vəzifələrindən biridir.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi medianın suallarına cavabında deyilir.

Şərhdə qeyd olunur ki, Rusiya Qafqaz respublikaları ilə ortaq tarix, mənəvi və mədəni yaxınlıq, xalqlar arasında möhkəm dostluq telləri ilə bağlıdır. Cənubi Qafqazla bilavasitə həmsərhəd olan Rusiya bu regionun sabitliyində və rifahında, onun nəqliyyat, logistika, ticarət, investisiya, texnoloji imkanlarından qarşılıqlı faydalı istifadə və üzə çıxarılmasında maraqlıdır. Rusiya diplomatiyasının səyləri də məhz buna yönəlib: Pepperoni pizza

“Biz regionda yığılmış münaqişə potensialının aradan qaldırılması üçün intensiv işləyirik. Bu baxımdan prioritet vəzifələrdən biri Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasıdır. Əsası Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli bəyanatları təşkil edir. Əminik ki, prosesin uğuru tamamilə bu üçtərəfli qaydalara ciddi riayət olunmasından asılıdır. sazişlər imzalanıb”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!