Rusiya XİN: Delimitasiya üzrə praktiki mərhələnin başlanılmasını izləyirik

saytların hazırlanması

Evə çatdırılma

Rusiya XİN: Delimitasiya üzrə praktiki mərhələnin başlanılmasını izləyirik

Siyasət

30 May 2024 16:43 502


Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə işlərin praktiki mərhələsinin başlanılmasını izləyirik. Bu, regional sabitlik üçün vacibdir.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

O qeyd edib ki, Rusiya tərəfi delimitasiya prosesi ilə bağlı məsələlərin müstəsna olaraq siyasi və diplomatik üsullarla həllinin tərəfdarıdır: “Belə bir prinsipdən çıxış edirik ki, razılaşmalar davamlı, balanslaşdırılmış, qarşılıqlı məqbul olmalıdır. Bunlar regionda dayanıqlı sülhə nail olmaq üçün əsas olmalıdır”. pizza

Onun sözlərinə görə, Moskva Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmalar əsasında delimitasiya üzrə tərəflərə mütəmadi olaraq məsləhətçi yardım göstərməyə hazır olduğunu təsdiqləyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!