Rusiya XİN-dən Bakı və İrəvana çağırış

saytların hazırlanması

Evə çatdırılma

Rusiya XİN-dən Bakı və İrəvana çağırış

Rəsmi

23 Mart 2023 15:28 1078


Rusiya XİN Azərbaycan və Ermənistana çağırış edib.

Yenisabah.az xəbər verir ki, XİN sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə sülh prosesinə alternativin olmadığını bildirib:

"Hesab edirik ki, sülh prosesinə alternativ yoxdur. Bunda biz qərarlıyıq və mövqeyimizi bir daha təsdiq edirik. Tərəfləri bəyanatlarında və hərəkətlərinə təmkinli olmağa və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün trekləri üzrə danışıqları bərpa etməyə çağırırıq”. Toyuqlu pizza

M. Zaxarova qeyd edib ki, Ermənistanla Azərbaycan arasında düşmənçilik ritorikasının güclənməsi, Qarabağda insidentlərin artması və Laçın dəhlizi ətrafındakı vəziyyətin nizamlanması ilə bağlı tərəflərin güzəşt axtarmağa hazır olmaması narahatlıq doğurur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!