Rusiya XİN Qarabağda baş verənlərə reaksiya verdi: “Narahatıq“

saytların hazırlanması

Evə çatdırılma

Rusiya XİN Qarabağda baş verənlərə reaksiya verdi: “Narahatıq“

Rəsmi

06 Mart 2023 18:03 757


“Moskva Qarabağ münaqişəsi zonasında qeydə alınan gərginliklə bağlı narahatlığını ifadə edir”.

Yenisabah.az “Sputnik”ə istinadla xəbər verir ki, bu barədə nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bəyanatı Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

Zaxarova bildirib:“Biz Qarabağ münaqişəsi zonasında gərginliyin artmasından çox narahatıq. Son günlər atəşkəs rejiminin dəfələrlə pozulması halları baş verib. Martın 5-də qeydə alınan silahlı insident nəticəsində həm Ermənistan, həm də Azərbaycan tərəfindən həlak olanlar olub”. pizza

Rusiya Federasiyası tərəfləri təmkinli olmağa və gərginliyi azaltmaq üçün addımlar atmağa çağırır:

“Biz Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların tam dayandırılması ilə bağlı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatının müddəalarının saxlanmasının zəruriliyini bir daha təsdiqləyirik”.

Rusiya Xarici İşlər Nazirliyi vurğulayır ki, Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət daşıdığı ərazidə təhlükəsizliyin və yaşayış şəraitinin təmin edilməsi ilə bağlı istənilən məsələ sülh yolu ilə, habelə tərəflər arasında kommunikasiya vasitəsilə həll edilməlidir. Bundan əlavə, baş verən insident İrəvan və Bakı arasındakı danışıqların mümkün qədər tez bərpa olunmasının vacibliyini bir daha təsdiqləyir.

Xatırladaq ki, martın 5-də səhər saat 10:00 radələrində qanunsuz erməni silahlılarına məxsus diversiya qrupu torpaq yolla Xankəndiyə silah-sursat daşımaq istəyərkən Azərbaycan hərbçiləri tərəfindən ələ keçirilib. Baş verən atışma nəticəsində 3 erməni hərbçisi məhv edilib, biri yaralanıb. Azərbaycan ordusu 2 hərbçisini şəhid verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!