“Rusiya yox, Ukraynadan güzəşt istəyirlər” - Zelenski

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya yox, Ukraynadan güzəşt istəyirlər” - Zelenski

Siyasət

14 Fevral 2026 22:46 699


Biz həqiqətən ümid edirik ki, gələn həftə keçiriləcək üçtərəfli görüşlər ciddi və hamımız üçün faydalı olacaq. Amma düzünü desəm, bəzən elə hiss yaranır ki, tərəflər tamamilə fərqli mövzulardan danışırlar.

"Yeni Sabah" xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Münhen Təhlükəsizlik Konfransında deyib.

Zelenski Rusiyanı sülhə məcbur etmək üçün Ukraynanın müttəfiqlərini həm daha sərt sanksiyalar tətbiq etmək, həm də silah tədarükünü artırmaq yolu ilə addımlar atmağa çağırıb. pizza

“ABŞ tez-tez güzəştlər mövzusuna qayıdır və bu güzəştlər çox vaxt Rusiya yox, Ukrayna kontekstində müzakirə olunur”, - deyə Zelenski əlavə edib./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!