Rusiya Zəngəzurda konsulluq açmaq fikrindən daşınmayıb 

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Zəngəzurda konsulluq açmaq fikrindən daşınmayıb 

Rəsmi

11 Oktyabr 2023 13:42 424


Rusiyanın Ermənistandakı səfiri Sergey Koprıkinin başçılıq etdiyi nümayəndə heyəti Zəngəzur bölgəsinə (Ermənistan Sünik rayonu adlandırır- red.) səfər edib. Rusiya nümayəndə heyətinin səfəri Qarabağı tərk etmiş erməni sakinlərin ehtiyaclarını qiymətləndirmək və yerli hakimiyyət orqanları ilə bir sıra məsələləri müzakirə etmək məqsədi daşıyır.

Yenisabah.az-ın məlumatına görə, Sergey Kopırkin “Sputnik Ermənistan”a müsahibəsində səfərin nəticələrindən danışıb və prioritet vəzifələrlə bağlı sualları cavablandırıb. 

O bildirib ki, yerli hakimiyyət orqanları ilə müzakirə olunan mühüm məsələlərdən biri Qafan şəhərində Rusiyanın Baş Konsulluğunun açılması ilə bağlı olub.  Pepperoni pizza

O xatırladıb ki, Rusiya rəsmiləri ilk dəfə 2023-cü ilin may ayında Zəngəzurda konsulluğun açılmasının mümkünlüyü barədə məlumat veriblər. Mayın 25-də Moskvada keçirilən Paşinyan-Putin ikitərəfli görüşü zamanı Ermənistan tərəfi bu təşəbbüsü bəyənib. 

"Bu, yeni və çox vacib məqamdır. Bizim burada çalışan, bu açılışa hazırlaşan diplomatlar qrupu var", - səfir qeyd edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!