Rusiyada çılpaq kişi küçədə yaşlı qadınlara hücum etdi - Video

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada çılpaq kişi küçədə yaşlı qadınlara hücum etdi - Video

Dünya

29 İyun 2024 18:02 1014


Rusiyanın Sevastopol şəhərində küçə ilə gedən çılpaq kişi dayanacaqdakı yaşlı qadınları döyüb.

Tamamilə çılpaq olan kişi yanlarında itlə dayanan iki pensiyaçı qadına yaxınlaşıb və şiddətli zərbələr endirməyə başlayıb.

Qadınlardan biri yıxılıb və kişi onu təpikləməyə davam edib. Sezar pizza

Kişi daha sonra avtobus dayanacağındakı digər insanlara yönəldib, lakin onlar müqavimət göstərə biliblər.

Zərərçəkənlərdən birinin ayağı sınıb və təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Yerli sakinlərin sözlərinə görə, kişi mütəmadi olaraq küçədə çılpaq qaçır və yoldan keçənlərə sataşır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!