Rusiyada narkotik qaçaqmalçılığı ittihamı ilə həbs edilən amerikalı basketbolçu Britni Qrayner Co Baydenə məktub yazıb.
Yenisabah.az "Politico"ya istinadla xəbər verir ki, o, ABŞ prezidentindən azadlığa buraxılması və vətəninə qayıtması üçün kömək istəyib.
İdmançının məktubunda qeyd olunur: "Bizi evə qaytarmaq üçün əlinizdən gələni edin". pizza mizza
ABŞ Milli Təhlükəsizlik Şurası (MTŞ) məktubun Ağ Evə daxil olduğunu təsdiqləyib.
"Biz inanırıq ki, Rusiya Federasiyası Brittni Qrayneri qanunsuz olaraq həbs edib", - deyə MTŞ sözçüsü Adrienn Uotson vurğulıayıb.
O əlavə edib: "Prezident Bayden açıq şəkildə bildirdi ki, xaricdə girov saxlanılan və ya qeyri-qanuni saxlanılan bütün ABŞ vətəndaşları, o cümlədən Britni Qrayner azad edilməlidir. ABŞ hökuməti onun evə qayıtması üçün bütün mümkün vasitələrdən istifadə edərək fəal işləməyə davam edir".
Öz növbəsində, ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays iyun ayında bildirib ki, Birləşmiş Ştatlar Rusiya Federasiyasını “səhv olaraq həbs edilmiş” Qrayner və digər ABŞ vətəndaşı Pol Uilanı azad etməyə çağırmaqda davam edir:
"Brittni Qrayner həbsdə olmamalıdır, o, bir gün daha həbsdə olmamalıdır. Biz onu və həbsdə çox vaxt keçirən Pol Uilanı haqsız yerə həbs edilmiş hesab edirik".
Qrayner ABŞ milli komandasında çıxış edib və 2016 və 2020-ci illərdə Olimpiya çempionu olub. 2015-ci ildən Yekaterinburqun UMMC klubunda çıxış edir.
Martın 5-də Federal Gömrük Xidməti bildirib ki, hələ fevral ayında Qrayner Şeremetyevoda onun əl yükündə hash yağı tapıldığı üçün saxlanılıb. İdmançı həbs edilib.
ABŞ, İrlandiya və Kanada vətəndaşı, eləcə də Böyük Britaniya vətəndaşı olan Pol Uilan 2020-ci il iyunun 15-də Moskva Şəhər Məhkəməsi tərəfindən casusluq ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum edilib.
Kreml ABŞ basketbol üzrə olimpiya çempionu Britni Qraynerin narkotik qaçaqmalçılığı ittihamı ilə həbs olunmasını rədd edib.
"Siyasi motivli ola bilməz", - deyə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə müvafiq sualı cavablandırarkən deyib.
Telegram kanalımız